15:42 30-09-2021
news_image
196
FUTBOL

“Zirə”nin yeni transferi: “Məndən gözlənti böyükdür”

“Beerşot”dan ayrılmağımın səbəbi Belçika klubunun mənə təklif etdiyi yeni müqavilənin şərtlərinin ürəkaçan olmaması idi”.

Apasport.az saytının məlumatına görə, bunu yay fasiləsində “Zirə”yə keçən Loris Broqno deyib.

“Beerşot”dan ayrılaraq Azərbaycan təmsilçisi ilə 2 illik müqavilə imzalayan 29 yaşlı belçikalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında seçimini belə əsaslandırıb: “Avqustun 13-də “Zirə” ilə müqavilə imzaladım. “Beerşot”la sözləşməm bitdi, klub diqqətimi çəkən variantdan istifadə etmək istəmədi. Buna görə də qısa müddətdə seçim etməli oldum. Yayın əvvəllərində “Zirə”nin menecerləri ilə telefon danışığı oldu. Danışıqlar müsbət nəticələndi və bura gəldim. Yeni klubumda məndən gözlənti böyükdür”.

Qeyd edək ki, Loris Broqno bu mövsüm Premyer Liqada 2 matçda iştirak edib.