11:52 30-09-2021
news_image
308
FUTBOL

“Omoniya” – “Qarabağ” oyununun favoriti açıqlandı

Avrokubokların bu gün keçiriləcək oyunlarının əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Azərbaycan təmsilçisi “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsində keçirəcəyi ikinci matçının da favoritini müəyyənləşdirib.

“Qarabağ” Kiprdə “Omoniya”nın qonağı olacaq. Meydan sahibləri bu qarşılaşmanın favoritdir. 

Nikosiyada baş tutacaq matçda rəqibin qələbəsi 2,60, Ağdam klubunun uğuru 2,85 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,10 əmsal verilib.

Qeyd edək ki, “Qarabağ”ın oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.