12:34 30-09-2021
news_image
146
FUTBOL

Qrupda ilk səfər: 1 qələbə, 6 məğlubiyyət

“Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu tarixində 8-ci dəfə yüksəldiyi qrup mərhələsində ilk səfər matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri rəqib meydanında keçirdiyi ilk qrup oyunlarında heç vaxt heç-heçə oynamayıb. Əvvəlki 7 belə matçın 6-da uduzan “Qarabağ” yalnız bir dəfə qalib gəlib.

Bu, 2 il əvvəl baş verib. Təmsilçimiz Lüksemburqda “Düdelanj”ı məğlub edib.

02.10.2014. İnter (İtaliya) - 0:2
17.09.2015. Tottenhem (İngiltərə) - 1:3
29.09.2016. Fiorentina (Italiya) - 1:5
12.09.2017. Çelsi (İngiltərə) - 0:6
20.09.2018. Sportinq (Portuqaliya) - 0:2
03.10.2019. Düdelanj (Lüksemburq) - 4:1
22.10.2020. Makkabi (Təl Əviv, İsrail) - 0:1