12:28 30-09-2021
news_image
82
FUTBOL

Sulşer: “Dünyanın ən yaxşı qapıçısı bizdədir”

“Mançester Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer Çempionlar Liqasının qrup mərhələsində “Vilyarreal”la keçirilən matçı dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, norveçli mütəxəssis 2:1 hesablı qələbəyə görə ilk növbədə qapıçı David De Xeaya borclu olduqlarını söyləyib.

O, ispaniyalı qolkiperin dünyanın ən yaxşısı olduğunu düşünür: “Xoşbəxtlikdən dünyanın ən yaxşı qapıçısı bizdədir. David inanılmaz idi. İkinci hissədə “Vilyarreal” daha çox topa sahib oldu, hesabı açmağa layiq idi. De Xea bizi bu görüşdə xilas etdi”.

Qeyd edək ki, 2 turdan sonra “Mançester Yunayted”in aktivində 3 xal var.