13:09 30-09-2021
news_image
142
FUTBOL

“Barselona”da rəhbərlik birini, prezident başqasını istəyir

Çempionlar Liqasında “Bavariya”dan sonra “Benfika”ya da 0:3 hesabı ilə məğlub olan  “Barselona”da baş məşqçi Ronald Kuman hər an istefaya göndərilə bilər.

Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi yeni çalışdırıcı axtarışını davam etdirir.

Lakin bu məsələdə fikir ayrılıqları yaşanır. Klub rəsmilərindən Xordi Kroyff Belçika millisinin baş məşqçisi Roberto Martinesi təklif edibsə, rəhbərlik sabiq futbolçuları Xavi Ernandesə üstünlük verir. Prezident Joan Laportanın bir nömrəli namizədi isə Andrea Pirlodur.

“Yuventus”dakı uğursuzluğa baxmayaraq, Laporta gənc mütəxəssislə danışıqlara başlayıb.