13:45 30-09-2021
news_image
236
FUTBOL

Liderlər üz-üzə, autsayderlər ilk qələbə arzusunda

Sabah Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində baş tutacaq turun matçları üç günü əhatə edəcək.

Bütün qarşılaşmaları Bakıda olacaq tura Zirədə start veriləcək. Turnir cədvəlində qonşu olan ortabablar “Zirə” və “Sumqayıt” qələbə üçün meydana çıxacaq.

İkinci oyun günündə iki Bakı derbisi keçiriləcək. Günə autsayderlərin qarşılaşması ilə başlayacaq. Qələbə həsrətində olanların duelində “Keşlə” “Sabah”ı qəbul edəcək.

Son çempion “Neftçi” “Səbail”in qonağı olacaq. “Ağ-qaralar” ən azı bir günlük zirvəni ələ keçirmək üçün qalib gəlməlidir.

Liderlər isə turun son günündə qarşılaşacaq. “Qarabağ” öz meydanında “Qəbələ”ni sınağa çəkəcək.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 16-17-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
VI tur
1 oktyabr (cümə)
19:30. “Zirə” – “Sumqayıt”

Zirə İdman Kompleksinin stadionu

2 oktyabr (şənbə)
17:00. “Keşlə” – “Sabah”

“ASK Arena”

19:15. “Səbail” – “Neftçi”
“ASCO Arena”

3 oktyabr (bazar)
19:00. “Qarabağ” – “Qəbələ”

“Azersun Arena”

1

Qəbələ

5

3

2

0

11-3

11

2

Qarabağ

5

3

2

0

9-3

11

3

Neftçi

5

3

1

1

10-6

10

4

Zirə

5

2

2

1

7-5

8

5

Sumqayıt

5

2

1

2

4-3

7

6

Səbail

5

2

0

3

3-10

6

7

Sabah

5

0

1

4

2-8

1

8

Keşlə

5

0

1

4

2-10

1

Bombardirlər: Davit Volkov ("Zirə") – 5, Ülvi İsgəndərov ("Qəbələ"), Filip Ozobiç ("Qarabağ") – 3.