21:20 01-10-2021
news_image
388
FUTBOL

“Zirə”ni yeni transferi qələbəyə daşıdı - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində baş tutan turun ilk matçı Zirədə keçirilib.

Qəsəbənin eyniadlı təmsilçisi turnir cədvəlindəki qonşusu “Sumqayıt”ı qəbul edib. Son üç turda uduzmayan Rəşad Sadıqovun yetirmələri uğurlu seriyanı davam etdirib. Ayxan Abbasovun komandasının isə qələbə həsrəti dörd matça yüksəlib.

“Zirə”nin yeni transferi Loris Broqno 14-cü dəqiqədə Premyer Liqada ilk qoluna imza atıb. Bu top qarşılaşmada yeganə olub və bakılılara 3 xal qazandırıb. Bununla “Zirə” Premyer Liqada 6 oyundan sonra “Sumqayıt”ı ilk dəfə məğlub edərək, tilsimi qırıb. Zirəlilər həm də xal ehtiyatını 11-ə yüksəldib və liderlərə çatıb.

Qeyd edək ki, sabah “Keşlə” – “Sabah” və “Səbail” – “Neftçi”, ertəsi gün “Qarabağ” – “Qəbələ” oyunu baş tutacaq.

Azərbaycan Premyer Liqası
VI tur
1 oktyabr (cümə)
19:30. “Zirə” – “Sumqayıt” - 1:0
Qol:
Loris Broqno, 14
“Zirə”: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 62. Abdulla Seydəhmədov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 88. Georgi Stoilov, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov
Baş məşqçi: Rəşad Sadıqov
“Sumqayıt”: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 23. Səid Rza, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 37. Nicat Əliyev, 27. Nihad Ağayev
Baş məşqçi: Ayxan Abbasov
Baş hakim: Rauf Cabarov
Zirə İdman Kompleksinin stadionu

1

Qəbələ

5

3

2

0

11-3

11

2

Qarabağ

5

3

2

0

9-3

11

3

Zirə

6

3

2

1

8-5

11

4

Neftçi

5

3

1

1

10-6

10

5

Sumqayıt

6

2

1

3

4-4

7

6

Səbail

5

2

0

3

3-10

6

7

Sabah

5

0

1

4

2-8

1

8

Keşlə

5

0

1

4

2-10

1

Bombardirlər: Davit Volkov ("Zirə") – 5, Ülvi İsgəndərov ("Qəbələ"), Filip Ozobiç ("Qarabağ") – 3.