17:07 30-09-2021
news_image
143
FUTBOL

Haland gələcəyi ilə bağlı qərarını qətiləşdirdi

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland mövsümün sonunda komandasını dəyişəcək.

Apasport.az saytının məlumatına görə, Norveç millisinin üzvü gələn yay Bundesliqa klubunu tərk etmək fikrində qətidir.

21 yaşlı forvardın gedişinə “Borussiya” maneə də yarada bilməyəcək. Çünki müqavilədə klubun oyunçunun başqa kluba keçidinə icazə verəcəyi ilə bağlı bənd yer alıb. Bu il komandada qalan Haland mövsümün sonunda Avropa nəhənglərindən birinə keçmək qərarına gəlib.

Qeyd edək ki, Erlinq Halandın ən çox oynamaq istədiyi komanda “Real”dır.