10:11 12-09-2008
news_image
473
STOLÜSTÜ OYUNLAR

Dördündən biri sevindi

Bakı. Kənan Həsənov - APA-Sport. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə beynəlxalq şahmat turniri keçirilib. “APA-Sport”un məlumatına görə, yarışa qatılan təmsilçilərimizdən yalnız Eltac Səfərli uğurlu çıxışla diqqət çəkib. Belə ki, yeniyetmələr arasında Avropa və dünya çempionu olan Səfərli 9 oyundan 7,5 xal toplayaraq 1-4-cü pillələri bölüşdürüb.

Eltacla yanaşı Gürcüstan, Misir və Macarıstan şahmatçıları da eyni nəticə göstəriblər. Digər təmsilçilərimizdən Rəsul İbrahimovla Ülvi Bacarani (6,5 xal) 12-13-cü, Hacı Hacıyev (1 xal) isə 101-ci yeri tutub.

Beynəlxalq turnirdə 131 idmançı mübarizə aparıb.