14:53 30-09-2021
news_image
83
FUTBOL

Premyer Liqada ən yaxşı adına 6 namizəd

İngiltərə Premyer Liqasında ayın oyunçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sentyabrın ən yaxşısı olmağa 6 futbolçu iddia edir.

Onlar 6 müxtəlif klubun üzvləridir. Namizədlər siyahısında Joau Kanselu (“Mançester Siti”), Kriştiano Ronaldo (“Mançester Yunayted”), Antonio Rudiger (“Çelsi”), Allan Sen-Maksimen (“Nyukasl”), Məhəmməd Salah (“Liverpul”) və İsmail Sarr (“Uotford”) yer alıb.

Qeyd edək ki, ayın oyunçusu mükafatının qalibi gələn ay açıqlanacaq.