22:37 30-09-2021
news_image
1306
FUTBOL

Mahir Emreli “Lester”ə qələbə qolunu vurdu, qalmaqal yaratdı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli şərəfini qoruduğu Polşa “Legiya”sının heyətində növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin II turunun iştirakçısı olub.

O, komandasının “Lester”lə ev matçına start heyətində çıxıb. Mahir qarşılaşmadakı yeganə qolun müəllifi olub. Təmsilçimiz matçın 31-ci dəqiqəsində fərqlənib. Bu qol “Legiya”ya qrupda ikinci qələbəni qazandırıb.

Oyunda 83 dəqiqə meydanda olan Emreli sarı vərəqə ilə də cəzalanıb. Buna səbəb əvəzlənərkən hücumçunun meydandan ləng çıxması və rəqib müdafiəçi Ceyms Maddisonun buna sərt etiraz etməsi olub. Nəticədə futbolçular arasında münaqişə yaranıb. Digər oyunçular onları sakitləşdirdikdən sonra hakim hər ikisinə sarı vərəqə göstərib.

Qeyd edək ki, C qrupunda mübarizə aparan “Legiya” Rusiyada keçirdiyi ilk turun matçında “Spartak”ı məğlub etmişdi – 1:0.