01:14 01-10-2021
news_image
540
FUTBOL

Qurban Qurbanov: "Bununla kifayətlənməməliyik"

“Çox çətin oyun gözləyirdim".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin II turunda “Omoniya” ilə keçirilən oyundan sonra deyib.

Nikosiyanın GSP stadionunda baş tutan matçda 4:1 hesablı qələbə qazanan təmsilçimiz xal ehtiyatını 4-ə yüksəldib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: “Bu qələbəyə görə şadıq. "Omoniya" yaxşı komandadır, sürətli oyunçuları var. Futbolçularım sona qədər mübarizə apardılar və layiqli nəticə qazandıq. "Omoniya" əks-hücumda təhlükəli idi. Ancaq komandam qələbə üçün hər şeyi etdi. Hesab böyük olsa da, arxayınlaşmamalı, bununla kifayətlənməməliyik. Qarşıdakı matçlarda da bu cür çıxış etmək lazımdır".

Çalışdırıcı birinci hissədə məğlub duruma düşmələrinə də münasibət bildirib: "Bizim hətta birinci hissədə də qol imkanlarımız var idi. Fasilədə oyunçulara diqqətli olmağı tapşırdım. İlk yarıdan sonra bu nəticəni gözlədiyimi deyə bilmərəm, amma ikinci hissədə çox yaxşı idik".