01:31 01-10-2021
news_image
359
FUTBOL

Henninq Berq: "Qarabağ"ın hansı səviyyədə olduğunu gördük"

“İkinci hissədə buraxmamalı olduğumuz iki qol buraxdıq".

Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın baş məşqçisi Henninq Berq Konfrans Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la keçirilən oyunu dəyərləndirərkən deyib.

Azərbaycan klubunu Nikosiyanın GSP stadionunda qəbul edən Kipr təmsilçisi hesabı açmasına baxmayaraq, meydanı 1:4 hesablı məğlubiyyətlə tərk edib.

Oyunsonrası mətbuat konfransında Berq fikrini bu sözlərlə davam etdirib: “İki qol buraxdıqdan sonra üçüncü və dördüncü topun gəlməsi təbiidir. Qollardan biri uzaq məsafədən vuruldu, biri isə yaxın küncə. Bu situasiyalar başqa bir oyunda təkrarlansaydı, bəlkə də, həmin görüş 1:1 hesabı ilə bitərdi. Bir az da şanssızlıq oldu. Komandamın ilk hissədəki çıxışından məmnun qaldım. "Qarabağ"ın hansı səviyyədə olduğunu gördük. "Qarabağ" və "Bazel" illərdir Avropada oynayırlar, təcrübələri var".