00:51 01-10-2021
news_image
217
FUTBOL

Bazeldə qol yağışı

Konfrans Liqasında qrup mərhələsinin II turu başa çatıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ”ın yer aldığı H qrupunda iki matç keçirilib.

Ağdam klubunun Kiprdə “Omoniya”nı məğlub etdiyi (4:1) gündə “Bazel” “Kayrat”ı qəbul edib. Məhsuldar keçən qarşılaşmada 6 qol vurulub.

Bu matç İsveçrə təmsilçisinin aşkar üstünlüyü ilə keçib. Bazelin eyniadlı təmsilçisi Qazaxıstan çempionu ilə matçın taleyini ilk yarıda vurulan üç cavabsız qolla həll edib. Fasilədən sonra qonaqlar fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib. 4:2 hesabı ilə qalib gələn “Bazel” “Qarabağ”la birlikdə qrupun şərikli lideridir.

Qeyd edək ki, III turun oyunları oktyabrın 21-də keçiriləcək.