01:05 01-10-2021
news_image
117
FUTBOL

“Qalatasaray”dan qolsuz sülh

Avropa Liqasında qrup mərhələsinin II turu başa çatıb.

Apasport.az saytının məlumatına görə, Türkiyənin “Qalatasaray” klubu qrupda ilk səfər sınağına çıxıb.

İstanbul təmsilçisi Fransada “Marsel”in qonağı olub. İki həftə öncə İtaliya “Latsio”sunu 1:0 hesabı ilə məğlub edən Fatih Terimin yetirmələri bu dəfə 1 xalla kifayətlənib. Belə ki, görüş qolsuz sülhlə başa çatıb.

Qrupun digər matçında “Latsio” “Lokomotiv”ə qalib gəlib – 2:0. Bu nəticələrdən sonra “Qalatasaray” 4 xalla turnir cədvəlinin zirvəsindəki yerini qoruyub. “Latsio”nun 3, “Marsel”in 2, “Lokomotiv”in 1 xalı var.

Qeyd edək ki, III turun oyunları oktyabrın 21-də keçiriləcək.