09:10 01-10-2021
news_image
193
FUTBOL

“Qarabağ”a qol vuran futbolçu: “Bəxtimiz gətirmədi”

“Oyuna yaxşı başlasaq da, rəqib ikinci hissədə baxımlı qolla hesabı bərabərləşdirdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın müdafiəçisi Yan Leçyaks Konfrans Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la oyun barədə danışarkən deyib.

Qarşılaşmada hesabı məhz çexiyalı futbolçu açsa da, Azərbaycan təmsilçisi ikinci hissədə vurduğu 4 qol sayəsində böyükhesablı (4:1) qələbə qazanıb.

Yerli mətbuata açıqlamasında görüşü dəyərləndirən Leçyaks bəxtlərinin gətirmədiyini söyləyib: “İkinci hissədə nəyin yanlış getdiyini bilmirəm. Üçüncü və dördüncü qolları buraxmamalı idik. Qol vursam da, məğlub olduq. Bu, statistikada qeyd olunacaq, ancaq uduzduğumuz üçün xoşbəxt deyiləm. İki turdan sonra aktivimizdə 1 xal var. Əgər qarşıdakı iki matçda 6 xal toplaya bilsək, pley-offa vəsiqə şansımız artar. Bu, bizdən asılıdır. Hamının yaxşı və pis günləri olur. Biz bir komanda kimi çalışıb vəziyyətdən çıxmalıyıq. Bu gün bəxtimiz gətirmədi. Vəziyyəti dəyişib performansımızı artıracağıq”.

Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək növbəti turda “Omoniya” “Bazel”lə səfərdə, “Qarabağ” isə “Kayrat”la evdə qarşılaşacaq.