09:35 01-10-2021
news_image
159
FUTBOL

“Neftçi”nin futbolçusu Qvineya millisinə çağırıldı

“Neftçi”nin futbolçusu Mamadu Kane növbəti dəfə Qvineya millisinə çağırılıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Didye Siks qarşıdakı rəsmi matçlar üçün yarımmüdafiəçiyə dəvət göndərib.

Kane DÇ-2022-nin seçmə mərhələsində bu ay baş tutacaq 3 qarşılaşmada çalışdırıcının sərəncamında olacaq. Oktyabrın 6-da və 9-da Sudanla, həmçinin ayın 12-də Mərakeşlə keçiriləcək qrup matçlarına ümumilikdə 30 futbolçu çağırılıb.

Qeyd edək ki, Qvineya ötən ay qrupdakı ilk matçında Qvineya-Bissau ilə heç-heçə (1:1) edib.