11:12 01-10-2021
news_image
120
FUTBOL

Premyer Liqada VI turun 3 matçının hakimləri açıqlandı

Azərbaycan Premyer Liqasının VI turunun ilk təyinatları açıqlanıb.

Apasport.az PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu gün və sabah baş tutacaq qarşılaşmaların ədalət təmsilçiləri bəlli olub.

Rauf Cabarov “Zirə” – “Sumqayıt” görüşündə fit çalacaq. “Keşlə” –“Sabah” matçında Rəşad Əhmədov ədaləti qoruyacaq. “Səbail” – “Neftçi” oyunu Vüqar Həsənli idarə edəcək.

Premyer Liqa
VI tur
1 oktyabr (cümə)
19:30. “Zirə” – “Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu

2 oktyabr (şənbə)
17:00. “Keşlə” –“Sabah”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASK Arena”

19:15. “Səbail” – “Neftçi”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”