12:28 01-10-2021
news_image
97
FUTBOL

Keyn avrokuboklar tarixində 3-cü oldu

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Harri Keyn avrokuboklar tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, ingiltərəli hücumçu qitə miqyaslı üç müxtəlif klub turnirdə het-trik edən 3-cü futbolçu olub.

Keyn Konfrans Liqasının II turunun “Mura” ilə qarşılaşmasında (5:1) sloveniyalıların qapısına 3 dəfə yol tapıb. O, bunadək Çempionlar Liqası və Avropa Liqasında da het-trikə imza atıb.

Harriyə qədər yalnız iki almaniyalı futbolçu üç turnirdə het-trik edib. Bunlar Herd Müllerlə Yupp Haynkesdir. Onlar Çempionlar kuboku (indiki Çempionlar Liqası), Kuboklar kuboku və UEFA kubokunda (Avropa Liqası) het-trik ediblər.