18:15 03-10-2021
news_image
104
FUTBOL

Kloppun istədiyi hücumçu

İngiltərənin “Liverpul” klubu heyətinə yeni hücumçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu Mussa Diabinin keçidində maraqlıdır.

Almaniya “Bayer”ində çıxış edən forvardın transferini baş məşqçi Yurgen Klopp istəyib. O, Fransa millisinin 22 yaşlı hücumçusunun transfer olunması üçün klub rəhbərliyinə müraciət edib.

Qeyd edək ki, cari mövsüm 9 oyuna çıxan Diabi 3 qol vurub.