12:44 01-10-2021
news_image
88
FUTBOL

“Çelsi” müdafiəçisini saxlamaqda israrlıdır

“Çelsi” müdafiəçisi Antonio Rudigerin ayrılmaması üçün əlindən gələni edir.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi Almaniya millisinin üzvü ilə yenidən danışıqları bərpa edib.

28 yaşlı oyunçu bir neçə dəfə yeni müqavilə təklifini rədd etsə də, “zadəganlar” sözləşməni uzatmaqda israrlıdır. Rudiger Premyer Liqa klubunda xoşbəxt olduğunu deməsinə baxmayaraq, tərəflər məvacibdə hələlik ortaq məxrəcə gələ bilmirlər.

Qeyd edək ki, “Çelsi” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Rudiger “Real” və “Bavariya”nın diqqət mərkəzindədir.