13:15 01-10-2021
news_image
147
FUTBOL

Serbiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

DÇ-2022-nin seçmə oyununda Lüksemburq və Azərbaycanla qarşılaşacaq Serbiya millisinin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçisi Draqan Stoykoviç 24 oyunçuya dəvət göndərib.

Qapıçılar: Marko Dmitroviç, Predraq Raykoviç, Mile Svilar
Müdafiəçilər: Straxinya Pavloviç, Miloş Veljkoviç, Stefan Mitroviç, Uroş Spayiç, Matiya Nastasiç, Nikola Milenkoviç
Yarımmüdafiəçilər: Darko Lazoviç, Nemanya Radonyiç, Filip Kostiç, Nemanya Qudeli, Nemanya Maksimoviç, Uroş Raçiç, Saşa Lukiç, Marko Qrujiç, Filip Curiçiç, Sergey Milinkoviç-Saviç, Duşan Tadiç, Andriya Jivkoviç
Hücumçular: Aleksandar Mitroviç, Luka Yoviç, Duşan Vlahoviç.

Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya yığması 3 gün sonra Azərbaycanı qəbul edəcək.