14:07 01-10-2021
news_image
113
FUTBOL

Ronaldonun “Bentley Flying Spur”u benzinsiz qaldı

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun sürücüsü xoşagəlməz durumla üzləşib.

Apasport.az saytının məlumatına görə, hücumçuya məxsus 300 min avroluq “Bentley Flying Spur”u yanacaq doldurma məntəqəsinə aparan sürücü 7 saat benzin gözləməli olub.

O, yanacaq olmadığı üçün gözləmək məcburiyyətində qalıb. Onunla birlikdə olan Ronaldonun cangüdəni də gündüz saat 2-dən axşam 9-dək avtomobil üçün benzin gözləyib.

Lakin onların əziyyəti hədər gedib. Şirkət benzinin gələcəyini vəd etsə də, yanacaq daşımadakı problem onları boş qayıtmaq məcburiyyəti ilə üz-üzə qoyub.