16:11 01-10-2021
news_image
133
FUTBOL

Dieqo Kosta pulların yuyulmasında ittiham olunur

İspaniya millisinin sabiq futbolçusu Dieqo Kosta pulların yuyulması və qumar oyunlarının təşkilində şübhəli sayılır.

Apasport.az saytının məlumatına görə, Braziliya polisi hücumçunu cinayətkar sxemi maliyyələşdirməkdə ittiham edir.

Futbolçunun evində də axtarış aparılıb. Onun şərəfini qoruduğu “Atletiko Mineyro” Dieqo üçün vəkil tutub. 32 yaşlı forvard da günahkar olduğunu etiraf etməyib.

Qeyd edək ki, Kosta bu ilin avqustunda “Atletiko Mineyro”ya keçib.