16:48 01-10-2021
news_image
163
FUTBOL

Traoreyə həftədə 100 min funt-sterlinq

İngiltərənin “Vulverhempton” klubu futbolçusu Adama Traore ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu ilə razılıq əldə olunub.

“Tottenhem”in təklifini rədd edən Traore yeni müqavilə ilə daha çox qazanacaq. Ona həftədə 100 min funt-sterlinq ödəniləcək.

Qeyd edək ki, Adamanın əvvəlki anlaşması 2023-cü ilin yayına qədərdir.