14:22 01-10-2021
news_image
129
FUTBOL

Draqan Stoykoviç: “Azərbaycanla oyun finala vəsiqə yolunda maneədir”

“Hər oyun bir çağırışdır. Qarşıdakı iki matçı lehimizə tamamlamalıyıq”.

Apasport.az saytının məlumatına görə, bunu Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç deyib.

DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq və Azərbaycanla keçiriləcək oyunların heyətini açıqlayan çalışdırıcı mətbuat konfransında fikirlərini bölüşüb.

O, qarşıdakı matçlarda qələbə qazanmağı hədəflədiklərini söyləyib: “Lüksemburq və Azərbaycanla oyunlar finala vəsiqə yolunda aşmaq məcburiyyətində olduğumuz maneədir. Final deyəndə Portuqaliya ilə matçı nəzərdə tuturam. Daim diqqətli olmalısan, amma hansısa oyunçudan qorxacağıqsa, oynamamaq ondan yaxşıdır. Həmişə öz hisslərimə görə komanda qururam. Matça hazırlaşanda otaqda öz qərarımı verirəm. Bu, rəqibin kimliyindən, oyunçuların məşqdə özünü necə göstərməsindən, atmosferdən asılı olur”.

Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya yığması 3 gün sonra Azərbaycanı qəbul edəcək.