00:37 02-10-2021
news_image
104
FUTBOL

“Milan”ın müdafiəçisi əməliyyat olundu

İtaliyanın “Milan” klubunun futbolçusu Alessandro Florensi əməliyyat olunub.

Apasport.az saytının məlumatına görə, müdafiəçinin sol dizinə cərrahi müdaxilə uğurlu alınıb.

İtaliya yığması ilə Avropa çempionu adını qazanan arxa xətt oyunçusunun təxminən bir aya bərpa olunacağı gözlənilir. Florensi vaxtilə kapitanı olduğu “Roma” ilə görüşü buraxacaq.

Qeyd edək ki, müdafiəçi 2020-ci ilin yayında “Roma”dan icarəyə götürülüb. Onun paytaxt klubu ilə müqaviləsi 2023-cü ildə başa çatacaq.