10:45 02-10-2021
news_image
203
FUTBOL

Azərbaycan Premyer Liqasında oynayan futbolçu vətəndaşlığını dəyişir

“Səbail”in futbolçusu Camal Araqo vətəndaşlığını dəyişmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, əslən Liberiyadan olan 28 yaşlı müdafiəçi doğma ölkəsinin yığmasında oynamaq arzusundadır.

Hazırda Qana vətəndaşlığını daşıyan və gənc yaşda bu ölkənin aşağı yaş qrupu yığmalarına çağırılan Araqo nənəsinin doğulduğu Lebiya vətəndaşlığını almağı və millisinə çağırılmağı planlaşdırır. Futbolçunun nənəsi ölkədə vətəndaş müharibəsi baş verən zaman bir çox liberiyalı kimi, Qanaya köçüb.

Ancaq hələlik Liberiya Futbol Assosiasiyasından oyunçuya hər hansı bir təklif edilməyib.

Qeyd edək ki, Camal Araqo “Səbail”ə bu yay Kosovo klubu “Drita”dan keçib.