11:53 02-10-2021
news_image
181
FUTBOL

Konfrans Liqasında ilk, tarixdə 22-ci

“Qarabağ”ın “Omoniya” ilə oyunu Azərbaycan futbolu tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, Kiprdəki matç klublarımızın Konfrans Liqasındakı ilk böyükhesablı qələbəsi olub.

Ağdam klubu qrup mərhələsinin səfərdəki qarşılaşmasında 4:1 hesabı ilə qalib gəlib. Bunadək təmsilçilərimiz yeni yaradılan turnirdə darmadağına sevinməmişdi.

Ümumilikdə isə komandalarımız avrokuboklarda 22-ci dəfə böyük hesabla qalib gəlib. Bunlardan 7-si Çempionlar Liqası, 14-ü Avropa Liqasına təsadüf edibsə, Konfrans Liqasında ilk qeydə alınıb.

“Qarabağ” özünün 14-cü darmadağınını bayram edib. Cəmi 5 klubun belə qələbəsi var. “Neftçi” 4, “Keşlə” 2, “Qəbələ” və “Şəmkir” hərəyə 1 dəfə sevinib.

Qeyd edək ki, daramadağınlardan 10-u evdə, 4-ü səfərdə gerçəkləşib.