12:32 02-10-2021
news_image
115
FUTBOL

“Marsel” azarkeşlərinə qadağa

Fransanın “Marsel” klubunun azarkeşlərinə qadağa qoyulub.

Apasport.az saytının məlumatlına görə, klubun fanatları Liqa1-in “Lill”ə qarşı matçında iştirak edə bilməyəcək.

Bu barədə qərarı ölkənin Daxili İşlər Nazirliyi verib. Azarkeşlər fərdi və ya kollektiv şəkildə IX turun görüşündə iştirak edə bilməyəcək.

Buna “Marsel” tərəfdarlarının son matçlardakı davranışları səbəb olub. Onlar Liqa1-in VII turunda “Anje” və Çempionlar Liqasının II turunun “Qalatasaray”la görüşlərində (hər ikisi 0:0) qalmaqal yaradıblar.

Qeyd edək ki, “Lill” – “Marsel” matçı oktyabrın 3-də keçiriləcək.