13:04 02-10-2021
news_image
94
FUTBOL

Argentina millisində itki

Argentina millisi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, İtaliya “Yuventus”unun hücumçusu Paulo Dibala yığmanın qarşıdakı oyunlarını buraxacaq.

27 yaşlı futbolçu millinin oktyabrdakı matçları üçün ilkin heyətdə yer almışdı. Lakin tibbi müayinədən sonra onun zədəsinin tam sağalmadığı üzə çıxıb.

Argentina millisi bu ay DÇ-2022-nin seçmə mərhələsində üç matça çıxacaq. Oktyabrın 8-də Paraqvay, 11-də Uruqvay, 15-də Peru ilə qarşılaşmalar baş tutacaq.