12:37 03-10-2021
news_image
166
FUTBOL

Portuqaliyalı futbolçu: “Qarabağ”a məğlubiyyəti unutmuşuq”

“Qarabağ”a məğlubiyyətə baxmayaraq, “Olimpiakos”la matça yaxşı köklənmişik”.

Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın futbolçusu Kiko klubun rəsmi saytına müsahibəsində deyib.

Konfrans Liqasının qrup mərhələsində öz meydanında “Qarabağ”a 1:4 hesabı ilə məğlub olan Nikosiya təmsilçisi Kipr çempionatının növbəti turunda “Olimpiakos”un qonağı olacaq.

Qarşılaşma öncəsi fikirlərini bölüşən portuqaliyalı müdafiəçi Azərbaycan klubuna yenilgini unutduqlarını söyləyib: “Qarabağ”a uduzsaq da, komandada vəziyyət normaldır. Artıq “Qarabağ”la matçı unutmuşuq. Növbətu matçda qələbə üçün nə lazım olsa edəcəyik”.

Qeyd edək ki, “Olimpiakos” - “Omoniya” görüşü bu gün keçiriləcək.