11:12 03-10-2021
news_image
312
FUTBOL

“Qarabağ”dan rekordlar

“Qarabağ” avrokubokların qrup mərhələsinə iki məğlubiyyətsiz oyunla başlayıb.

Apasport.az saytının məlumatına görə, bu, klub tarixinin ən uğurlu startıdır.

2014-cü ildən qrup mərhələlərinin daimi iştirakçısı olan Ağdam klubu indiyədək ilk 2 qarşılaşmada 3-dən artıq xal toplamayıb. Konfrans Liqasının “Bazel” (0:0) və “Omoniya” (4:1) ilə görüşləri isə 4 xalla yekunlaşıb.

Əvvəlki 7 startla müqayisədə həm xal, həm buraxılan qol, həm top fərqi, həm də məğlubiyyətsizlikdə rekord qeydə alınıb. Vurulan qol sayı isə 2 il əvvəlki qədər olub.

Qeyd edək ki, “Qarabağ” 2017/18 mövsümündə Çempionlar Liqası, 2021/22 mövsümündə Konfrans Liqasında, digər 6 ildə isə Avropa Liqasında oynayıb.

“Qarabağ” qrupun ilk iki oyununda:

2014/15

2

0

1

1

0-2

1

2015/16

2

1

0

1

2-3

3

2016/17

2

0

1

1

3-7

1

2017/18

2

0

0

2

1-8

0

2018/19

2

0

0

2

0-5

0

2019/20

2

1

0

1

4-4

3

2020/21

2

0

0

2

1-4

0

2021/22

2

1

1

0

4-1

4