14:20 03-10-2021
news_image
171
FUTBOL

“Qarabağ”ın rəqibindən Braziliya millisinə dəvət

“Bazel”in hücumçusu Artur Kabral Braziliya millisinə çağırılıb.

Apasport.az saytının məlumatna görə, o, zədələnən Mateus Kunyanı əvəz edəcək.

23 yaşlı Kabral indiyə qədər heç vaxt əsas milliyə dəvət almayıb. Hətta karyerası boyu aşağı yaş qrupu yığmalarında da oynamayıb. Braziliya yığması DÇ-2022-nin seçmə mərhələsində bu ay 3 oyun keçirəcək: Venesuela (8 oktyabr), Kolumbiya (11 oktyabr), Uruqvay (15 oktyabr).

Qeyd edək ki, “Bazel” Konfrans Liqasında “Qarabağ”la eyni qrupda yer alıb. Bu komandaların ilk turda Bakıdakı qarşılaşması qolsuz bərabərliklə yekunlaşıb.