16:36 03-10-2021
news_image
92
FUTBOL

Mourinyo keçmiş futbolçusunu istəyir

“Tottenhem”in yarımmüdafiəçisi Tanqi Ndombele karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı orta sahə oyunçusu “Roma”nın maraq dairəsindədir.

“Canavarlar”ın baş məşqçisi Joze Mourinyo hələ “Tottenhem”də olarkən rəhbərliyi altında çıxış edən fransalını yenidən sərəncamında görmək niyyətindədir. Buna görə də, A seriyası təmsilçisi tezliklə qarşı tərəflə danışıqlara başlayacaq. Futbolçunun transfer qiyməti 50 milyon avroya bərabər göstərilir.

Qeyd edək ki, Ndombele bu mövsüm 4 oyun keçirib, 1 qol vurub.