16:27 02-10-2021
news_image
163
FUTBOL

“Bavariya” “Zalsburq”dan hücumçu gətirir

Almaniyanın “Bavariya” klubu hücum xəttini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi Kərim Adeyemini transfer etməyə hazırlaşır.

Bundesliqa klubunun rəhbərliyi Avstriya “Zalsburq”unda çıxış edən 19 yaşlı forvardın böyük perspektiv vəd etdiyini düşünür. Yayda “Volfsburq”un 9 milyon avroluq təklifindən imtina edən avstriyalıların “Bavariya”dan daha yüksək məbləğ tələb edəcəyi gözlənilir.

“Bavariya”nın aşağı yaş qruplarından ibarət  komandalarında oynamış Kərim də doğma kluba qayıtmağın əleyhinə deyil. Lakin “Bavariya” kimi, digər Avropa nəhəngləri də Adeyeminin xidmətində maraqlıdır. Belə ki, “Barselona” və “Liverpul” da onu izləməkdə davam edir.

Qeyd edək ki, Kərim cari mövsümün 15 matçında 10 qola imza atıb.