15:19 03-10-2021
news_image
75
FUTBOL

İnsinye “Arsenal”ın hədəfində

İtaliya millisinin və “Napoli”nin futbolçusu Lorenso İnsinye daha bir klubun hədəfindədir.

Apasport.az saytının məlumatına görə, İngiltərə “Arsenal”ı hücumçunu heyətinə qatmağa qərar verib.

“Topçular” 30 yaşlı futbolçunu yayda azad agent kimi sıralarına cəlb etməyi planlaşdırır. “Napoli” ilə müqaviləsini hələ uzatmayan İnsinyenin xidmətində “İnter” də maraqlıdır.

Qeyd edək ki, Lorenso cari mövsümün 8 oyununda 2 qol və 3 assistə imza atıb.