16:00 03-10-2021
news_image
71
FUTBOL

“Nyukasl”ın yarımmüdafiəçisi “Everton” yolunda

İngiltərənin “Nyukasl” klubunun futbolçusu Şon Lonqstaff karyerasını Premyer Liqanın digər klubunda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi “Everton”un transfer siyahısına düşüb.

Liverpullular futbolçunu qış “transfer pəncərəsi”ndə heyətinə qatmağı planlaşdırır. Yanvarda güclənməyi qarşısına məqsəd qoyan klub rəhbərliyi Şonun faydalı olacağını düşünür.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümün 7 oyununda 1 qol vurub.