17:31 02-10-2021
news_image
99
FUTBOL

Ronaldodan uğursuz yubiley

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının VII turunda öz meydanında “Everton”la heç-heçə edib.

Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə başa çatan qarşılaşma “qırmızı şeytanlar”ın hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Matçın 57-ci dəqiqəsində meydana daxil olan portuqaliyalı superulduz İngiltərə Premyer Liqasında yubiley – 200-cü oyununu keçirib. Bu müddətdə o, 87 qol, 45 məhsuldar ötürmə ilə yadda qalıb. 36 yaşlı forvard cari mövsüm isə 5 görüşdə 5 dəfə fərqlənib.

Qeyd edək ki, Ronaldo 2003-2009-cu illərdə də İngiltərədə “Mançester Yunayted”in formasını geyinib.