18:14 02-10-2021
news_image
131
FUTBOL

Qeyri-adi hadisə: "Keşlə"də 3-cü məcburi əvəzləmə

Azərbaycan futboluna nadir hallarda baş verən hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, bu, Premyer Liqanın VI turunda keçirilən “Keşlə” – “Sabah” qarşılaşmasında olub.

Matçın ilk hissəsində iki futbolçusunu – müdafiəçilər Elçin Mustafayev və İlkin Qırtımovu zədə ucbatından əvəzləyən “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov 52-ci dəqiqədə 3-cü dəfə buna əl atmaq məcburiyyətində olub. Bu dəfə yarımmüdafiəçi Merab Qiqauri ayağından xəsarət alıb. Nəticədə gürcüstanlı oyunçu da əvəzlənmək məcburiyyətində qalıb.

Meydanı xərəklə tərk edən Qiqaurini digər yarımmüdafiəçi Rəhman Hacıyev əvəzləyib.