13:24 03-10-2021
news_image
107
FUTBOL

“Mançester Yunayted”ə vurduğu qolu niyə Ronaldo kimi qeyd etdi?

“Everton”un hücumçusu Andros Taunsend Premyer Liqanın VII turunda “Mançester Yunayted”lə matçdakı qol sevincinin səbəbini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, forvard 65-ci dəqiqədə fərqləndikdən sonra rəqibin hücumçusu Kriştiano Ronaldo kimi sevinməsini ona qarşı hörmətsizlik saymayıb.

O, portuqaliyalı superulduza böyük rəğbət bəslədiyini bildirib: “Bu, hörmətsizlik deyildi. Ronaldo mənim kumirimdir. Onun oyununu seyr edərək böyüdüm və texnikasını təkrarlamaq üçün uzun müddət məşq etdim. Ola bilsin ki, qolun bayramı üzərində daha çox çalışmalıyam. Bu, sadəcə Ronaldoya hörmət nümayişi idi”.

Qeyd edək ki, “Mançester Yunayted” – “Everton” oyunu 1:1 hesabı ilə yekunlaşıb.