20:53 03-10-2021
news_image
411
FUTBOL

“Qarabağ” vahid lider oldu, “Qəbələ”nin ilk məğlubiyyəti - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son günündə bir görüş keçirilib.

Mərkəzi oyunda liderlər qrupunda qərarlaşan “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib. Bu tura qədər eyni xalla turnir cədvəlinə başçılıq edən komandaların duelindən “Qarabağ” qalib ayrılıb. Rəqib qapısından 2 cavabsız top keçirən Ağdam təmsilçisi məğlubiyyətsiz irəliləməklə, turnir cədvəlində də vahid liderliyə yüksəlib.

“Qəbələ” isə cari mövsüm ilk yenilgisini vitse-çempiondan alıb. Bu, “qırmızı-qaralar”ın 3-cü pilləyə enməsinə səbəb olub.

Qeyd edək ki, turun digər matçlarında “Zirə” “Sumqayıt”ı 1:0, “Keşlə” “Sabah”ı 2:0, “Neftçi” isə “Səbail”i 3:1 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası
VI tur
3 oktyabr
19:00. “Qarabağ” – “Qəbələ” - 2:0

Qollar: Abdullah Zubir, 52, Ramil Şeydayev, 66
Baş hakim: Əliyar Ağayev
“Qarabağ”: 12. Emil Balayev (k), 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 6. Patrik Andrade, 17. Qaspar Panadero, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 25. Vadji İbrahima, 28. Hüseyn Hüseynzadə, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Azersun Arena”

1

Qarabağ

6

4

2

0

11-3

14

2

Neftçi

6

4

1

1

13-7

13

3

Qəbələ

6

3

2

1

11-5

11

4

Zirə

6

3

2

1

8-5

11

5

Sumqayıt

6

2

1

3

4-4

7

6

Səbail

6

2

0

4

4-13

6

7

Keşlə

6

1

1

4

4-10

4

8

Sabah

6

0

1

5

2-10

1

Bombardirlər: Davit Volkov ("Zirə") – 5, Ülvi İsgəndərov ("Qəbələ"), Filip Ozobiç ("Qarabağ") – 3.