21:31 02-10-2021
news_image
156
FUTBOL

Samir Abasov: “Yeni transferlər süni örtüyü görəndə qorxdular”

“Bu gün Vüsal Əsgərov hansısa səbəbdən oynamırdı. Məşqlərdə özünü yaxşı tərəfdən göstərdiyi üçün meydana çıxıb. Onun bu cür oyunlarda təcrübəsi yox idi". 

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının VI turunda “Səbail”lə keçirilən oyun barədə danışarkən deyib.

“ASCO Arena”da 3:1 hesablı qələbə qazanan “ağ-qaralar” ən azı bir günlük liderliyə yüksəlib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abasovun qalibiyyət şərhi belə olub: “Meydana çıxan futbolçular qol vurmaq istəyir. Rəqib son dəqiqələrdə çox qüvvə ilə irəli atıldı. Bunu hesaba görə normal başa düşürəm. Meydana sonradan daxil olanlar ancaq irəlini düşünürdülər. Yeni transferlər süni ot örtüyünü görəndə qorxdular. Bu gün heyəti meydan amilinə görə də qurmuşduq. Burada oynamaq çətindir. Meydan amilinə görə oyunun tempi aşağı düşürdü".

43 yaşlı mütəxəssis Mert Çelik və Emin Mahmudovun yığmaya çağırıldığını xatırladıb: "Kimlərin çağırılma ehtimalı olduğunu bilirik. Əcnəbi oyunçuların bir neçəsi öz milli komandalarına dəvət alıb".