23:29 03-10-2021
news_image
103
FUTBOL

PSJ-nin seriyaları qırıldı

PSJ-nin Liqa1-dəki qələbə seriyası qırılıb. 

Apasport.az saytının məlumatına görə, ardıcıl 8 oyunda rəqiblərini məğlub edən Maurisio Poçettinonun yetirmələri IX turda büdrəyib.

Paris təmsilçisi səfərdə “Renn”ə 0:2 hesabı ilə uduzub. Paytaxt klubu əvvəlki 8 oyunun hərəsində ən azı iki qol vursa da, seriyasını davam etdirə bilməyib.

Qeyd edək ki, PSJ 9 turdan sonra 24 xalla turnir cədvəlinə başçılıq edir.