21:53 03-10-2021
news_image

Abakarovdan bürünc medal

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması turnirdə ilk medalını qazanıb.

Bu uğura sərbəst güləşçimiz Abubakr Abakarov imza atıb. 86 kq çəkidə çıxış edən milliləşən legioner bürünc medal uğrunda qarşılaşmada Slovakiya təmsilçisi Boris Makoyevə 9:5 hesabı ilə qalib gəlib.