09:04 04-10-2021
news_image
93
FUTBOL

“Bavariya”nın 22 aylıq seriyası qırıldı

Almaniya Bundesliqasının VII turunda “Ayntraxt”la qarşılaşan “Bavariya” meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.

Apasport.az saytının məlumatına görə, bununla münhenlilərin uğurlu seriyası qırılıb.

Çempion həm yeni mövsümdə ilk yenilgisini alıb, həm də 22 aydan sonra ilk dəfə öz meydanında uduzub. Komanda sonuncu dəfə 2019-cu il noyabrın 30-da doğma azarkeşləri önündə məğlub olmuşdu.

Qeyd edək ki, “Bavariya” 16 xalla liderliyini davam etdirir. Aktivində 8 xal olan “Ayntraxt” isə turnir cədvəlinin 13-cü pilləsində qərarlaşır.