11:43 04-10-2021
news_image
221
FUTBOL

Stefen Kenni: “Azərbaycanla səfər oyununa gedirsinizsə, çətinlik çəkəcəksiniz”

“Azərbaycanı dərindən təhlil etməyə çalışmırıq”.

Apasport.az saytının məlumatına görə, bunu İrlandiya yığmasının baş məşqçisi Stefen Kenni DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında oktyabrın 9-da Bakı Olimpiya Stadionunda onları ağır sınaq gözlədiyini etiraf edib: “Azərbaycanla səfər oyununa gedirsinizsə, mütləq çətinlik çəkəcəksiniz. Serbiya Bakıda onlar önündə çox çətinlik yaşadı. Azərbaycan yığması çox qol buraxmır. Onların Avropa Liqasında çıxış edən oyunçuları var. Qələbə qazanmaq istədiyimiz və buna qərarlı olduğumuz bir matçdır. Qalib gələcəyimizə də inanıram”.

Qeyd edək ki, İrlandiya millimizlə qarşılaşmadan üç gün sonra Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.