10:25 04-10-2021
news_image
59
FUTBOL

Premyer Liqada bunu bacaran 9-cu legioner

“Keşlə” cari mövsümdə ilk dəfə qapısını toxunulmaz saxlayıb.
Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, VI turun “Sabah”la ev oyununda 2:0 hesabı ilə qalib gələn qəsəbə təmsilçisinin qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 30-cu quru oyununu keçirib.

103-cü matça çıxan moldovalı qolkiper bu görüşlərdə 126 top buraxıb.

Namaşko Azərbaycan çempionatlarında 30 və daha çox quru oyun keçirən 39-cu qapıçıdır. Stanislav bu siyahıda 9-cu legionerdir.