00:46 05-10-2021
news_image
101
FUTBOL

“Mançester Siti” “Barselona”nın gənc futbolçusuna göz dikib

İspaniyanın “Barselona” klubunun futbolçusu Niko Qonsales karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı yarımmüdafiəçinin xidmətində “Mançester Siti” maraqlıdır.

Premyer Liqa klubu “Barselona”nın əsas komandasında özünü yaxşı tərəfdən göstərən istedadı sıralarına qatmaq istəyir.

Niko cari mövsüm 8 görüşdə meydana çıxıb. O, 371 dəqiqə şans qazanıb.