10:33 04-10-2021
news_image
51
FUTBOL

AFFA nümayəndəsini Yunanıstana göndərir

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin qrup oyunlarına təyinat alıb.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, AÇ-nin A Liqasının 6-cı qrupunun oktyabrın 6-dan 12-dək Yunanıstanda keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq.

Bu qrupda İsveçrə, Danimarka, Yunanıstan və Avstriya milli komandaları mübarizə aparacaq.